Argentina millisinin çempionat paradı zamanı faciə baş verdi -

Buenos-Ayresdə Argentina millisinin dünya çempionatındakı qələbəsi münasibətilə keçirilən parad zamanı faciə baş verib.

Metbuat.az xəbər verir ki, 1 azarkeş körpüdən yıxılıb. Xəstəxanaya yerləşdirilən fanatın vəziyyəti stabil qiymətləndirilir. Məlumata görə, çempionat paradı zaman Buenos Ayresdə 3-4 milyon insan küçələrə çıxıb. Yollar bağlanıb. Argetina millisinin futbolçuları bu səbəbə görə, marşrutu dəyişərək helikopterlə getməli olublar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR