Prosineçki ilə bağlı şok iddia

Prosineçki ilə bağlı şok iddia
13:17 19 Yanvar 2015
157 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin KPR klubunun baş məşqçisi Harri Rednapp “Arsenal”ın polşalı qapıçısı Voyçex Şesninin siqaret çəkməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.
 
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bildirib ki, bəzi futbolçular yaxşı oynasalar da, belə şeylərə meyllidirlər.
 
Rednapp Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən də danışıb. 67 yaşlı mütəxəssis qeyd edib ki, bir neçə il öncə o, “Portsmut”da çalışarkən transfer etdiyi xorvatiyalı yarımmüdafiəçi, yəni Robert Prosineçki siqaret çəkirdi:
 
“Mən “Portsmut”da işləyərkən transfer etdiyimiz xorvatiyalı yarımmüdafiəçi Robert Prosineçki çox güclü futbolçu idi. O, yeganə oyunçulardan idi ki, həm “Real”da, həm də “Barselona”da oynamışdı. Amma Prosineçki siqareti sevirdi və çəkirdi. Biz də yaxşı oyununa görə onun bu hərəkətlərinə göz yumurduq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR