Yunanıstanda dinləmə qalmaqalı -

Yunanıstanda dinləmə qalmaqalı davam edir.

Metbuat.az xəbər verir ki, Yunanıstan mediası Baş Qərargahda və Silahlı Qüvvələrdə çalışan bəzi şəxslərin silahlanma proqramları ilə bağlı telefonlarının dinlənildiyini irəli sürüb. Bildirilib ki, Baş Qərargahın və Quru Qoşunlarının qabaqcıl nümayəndələrinin bəzi tədarük müqavilələri ilə bağlı Baş nazirliklə fikirləri üst-üstə düşməyib və buna görə onlar dinlənilib. Kəşfiyyat İdarəsinin keçirdiyi "dinləmələr" nəticəsində hökumətin əsas tələblərini qəbul etməyən 1 şəxsin də tutduğu vəzifədən uzaqlaşdırıldığı iddia edilib.

Qeyd edək ki, Yunanıstanda dinləmə qalmaqalı jurnalist Thanasis Kukakisin mobil telefonunda casus proqramının aşkarlanmasından sonra gündəmə gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR