Rusiyadan Zelenskinin ABŞ səfəri barədə açıqlama

Kreml sözçüsü Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Zelenksinin səfəri proseslərin gedişatını dəyişməyəcək. Onun sözlərinə görə, Rusiya bu səfərdən uğurlu nəsə gözləmir. Peskov Prezident Vladimir Putinin Donetskdə vəziyyətin ağır olması barədə sözlərini də şərh edib. Kreml sözçüsü qeyd edib ki, Rusiyanın Müdafiə Nazirliyi Donetskdəki vəziyyəti Moskvanın lehinə dəyişmək üçün lazımi həmlələri edir.

Qeyd edək ki, Donetskin Baxmut şəhəri uğrunda döyüşlər gedir. Şəhər Ukraynanın nəzarəti altındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR