Maradonanın 12 il əvvəl verdiyi çempionluq vədi yerinə yetirildi -

2010-cu ildə keçmiş futbolçu Dieqo Maradona Argentinanın baş məşqçisi olduğu dövrdə millini dünya çempionu edəcəyi təqdirdə çılpaq qaçacağını demişdi.

Metbuat.az xəbər verir ki, həmin il Argentina millisi uğursuzluğa uğradı. Maradona millidən istefa verdi. Lakin 12 il sonra Argentina dünya çempionu olandan sonra 1 qadın azarkeş Maradonanın soyunmaya söz verdiyi yerdə millinin çempion olmasını çılpaq şəkildə qeyd edib. Məlumata görə, qadın Buenos Ayres şəhərinin mərkəzində mərkəzi meydanda çılpaq şəkildə zəfər sevinci yaşayıb. Qadının bu davranışı Maradonanın 12 il əvvəlki sözlərini xatırladıb.

Qeyd edək ki, 2010-cu ildə Argentinanın Kanadanı 5-0 məğlub etdiyi yoldaşlıq oyunundan sonra Maradona dünya çempionu olacaqları təqdirdə, soyunacağını və şəhərin mərkəzində qaçacağını demişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR