İmran Xan biabır oldu -

Pakistanın keçmiş baş naziri İmran Xana aid olduğu iddia edilən biabırçı səs yazısı yayılıb.

Metbuat.az xəbər verir ki, səs yazısında İmran Xanın qadınla telefonda danışaraq, açıq sözlərdən istifadə etdiyi və hisslərini bölüşdüyü eşidilir. Telefon söhbətində cinsi mövzudan danışılır. Səs yazısını sosial mediada məşhur olan Syed Ali Haider öz yutub səhifəsində yayımlayıb. Müxalifət lideri kimi qəbul edilən İmran Xanın rəhbəri olduğu PTİ partiyası səs yazısını təkzib etməyib. Müxalifət məsələyə sərt reaksiya verib. Onlar səs yazısının hökumət tərəfindən sızdırıldığını irəli sürüb.

Səs yazısında "qadın bu gün gələ bilmərəm" deyir. İmran Xan olduğu iddia edilən şəxs isə “O biri gün ailəm və uşaqlarım gələcək. Onların gəlişini təxirə salmağa çalışacam. Sənə xəbər verəcəm” - deyə cavab verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR