Azərbaycana qış gəldi

Azərbaycana qış fəsli qədəm qoyub.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Metbuat.az-a bildirilib ki, bu il qış fəsli ölkəmizdə dekabrın 22-də saat 01:48-dən başlanıb. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir.

Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR