AFFA əməkdaşlarına fəxri ad verilib -

Dekabrın 21-də Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

Metbuat.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda fəxri adların verilməsi məsələsinə də baxılıb və qəbul olunmuş müvafiq qərara əsasən bədən tərbiyəsi və idmanın təbliğindəki və inkişafındakı xidmətlərinə görə AFFA-nın aşağıda adı göstərilmiş əməkdaşlarına “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adı verilib:

Abbasov İslam Ziyafət oğlu – Azərbaycan A milli komandasının baş inzibatçısı

Qarayev Firuz Abdulla oğlu – Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri

Mehdiyeva Könül Ağaəli qızı – Beynəlxalq Əlaqələr Departamentinin müdiri

Məmmədov Elçin Bəxtiyar oğlu – Lisenziyalaşdırma Qrupunun rəhbəri

Əhmədova Töhrə Adil qızı – Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi

Dadaşov Bəhram Ağaİsa oğlu – Lisenziyalaşdırma Qrupunun maliyyə meyarları üzrə baş eksperti

Məmmədov Murad Mamedoviç – Beynəlxalq Əlaqələr Departamentinin baş mütəxəssisi

Mustafayeva Kifayət Nadir qızı – Kütləvi Futbol Şöbəsinin futbolda sosial məsuliyyət meneceri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR