Ad gününü Ukraynada qeyd edən Roqozin yaralandı -

Rusiya Dövlət Kosmik Fəaliyyət Korporasiyasının (Roskosmos) keçmiş rəhbəri Dmitri Roqozin Ukraynada yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, Ukraynanın Donetsk vilayəti ərazisinə (Rusiya tərəfindən işğal və ilhaq edilən ərazi - red) ad gününü keçirmək üçün gedən Roqozin restorana gedib. Bu zaman isə restoran atəşə tutulub. Yaralanan Dmitri xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Rusiya KİV-i hadisənin baş verdiyi "Şeş-Beş" adlı restorandan, binanın ikinci mərtəbəsinin mərmi ilə qismən dağıldığını əks etdirən foto və videolar dərc edib.

Qeyd edək ki, D.Roqozin "Roskosmos"un rəhbəri vəzifəsindən azad olunduqdan sonra Donetskə gedərək hərbi müşavirlər qrupuna rəhbərlik edirdi.

Restaurant, Donetsk

Resim

Resim


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR