Sabiq mədəniyyət nazirləri -

Xəbər verdiyimiz kimi, 2021-ci ilin yanvarın 5-də mədəniyyət naziri təyin edilən Anar Kərimov Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Metbuat.az bu günədək mədəniyyət naziri postunda olan nazirlərin siyahısını təqdim edir:

Azərbaycan Respublikasının mədəniyyət naziri postuna 1991-ci ildən 2006-cı ilədək Polad Bülbüloğlu rəhbərlik edib. Polad Bülbüloğlu 2006-cı ildə vəzifəsindən azad edilərək Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri seçilib. Hazırda bu vəzifədədir.

Polad Bülbüloğludan sonra isə Azərbaycan Respublikasının turizm və mədəniyyət naziri Əbülfəz Qarayev olub. O, 2001–2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006–2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib. 21 may 2020-ci ildə Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.

Əbülfəz Qarayevdən sonra isə mədəniyyət naziri postunu Anar Kərimov gəlib. Belə ki, 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib. 2021-ci ilin yanvar 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri olub. . Kərimov 2 ili tamam olmamış bu gün bu postdan uzaqlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR