Zelenski ABŞ-dən çantası dolu qayıtdı:

"Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ səfəri Rusiyaya qarşı həlledici hücumun başlanması ilə nəticələnəcək".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə,Vladimir Putinin Belarusa səfəri və V. Zelenskinin ABŞ səfəri hər iki ölkənin müharibəni yeni fazaya keçirməsinə hesablanıb.

"Vaşinqton iki milyard dollar, "Patriot" və "HİMARS" raketlərin tədarükünü həyata keçirəcək. V. Putin Belarusu müharibəyə sövq edir. A.Lukaşenkonun buna razılaşacağı isə gözlənilmir. V. Zelenski isə, tam dəstəklə Ukraynaya qayıdır. Artıq Ukraynaya havadan müdafiə sistemləri və qırıcıların verilməsi realdır".

Politoloq onu da qeyd etdi ki, Ukrayna qış müharibəsində Rusiyaya sarsıdıcı zərbə vurub, yazda sərhədlərə çıxıb müharibəni bitirməyi planlaşdırır.

"V. Zelenskinin ABŞ səfəri uğurlu alındı. Bu səfərin reallaşmasında əsas səbəb Ukraynanın döyüş meydanında irəliləyişə nail olması və V. Zelenskinin qətiyyətli lider olmasını ortaya qoymasıdır. Ukraynanın Rusiyanı məğlub etməsi birbaşa Cənubi Qafqazda sülhün əldə edilməsinə və Azərbaycanın regionda güclənməsinə gətirəcək".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR