İsa Rüstəmov Azərbaycan Kubokunda zirvədə qərarlaşdı -

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kuboku davam edir.

Metbuat.az-a Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

İkinci yarış günü çəkisi 67 kq-a qədər olan atletlərin mübarizəsi ilə başlayıb. Bu çəkidə toplam 284 kq (133+151) nəticə göstərən “Qartal” Klubunun təmsilçisi İsa Rüstəmov qızıl, toplam 251 kq (115+136) nəticə göstərən “Göyəzən” Klubunun təmsilçisi Qasım İsmayılov gümüş, toplam 240 kq (90+108) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Həsənağa Sahibov isə bürünc medal əldə edərək fəxri kürsüyə qalxıblar.

67 kq



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR