AAYDA "QR kod"un tətbiqinə başlayıb -

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Çağrı Mərkəzi”nin yenidən təşkil edilməsi və "QR kod"un tətbiq olunması ilə bağlı təqdimatı keçirilib.

Metbuat.az-a Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, Qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov deyib ki, Agentlikdə idarəetmənin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik ölkə prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən “Çağrı Mərkəzi”nin (012-599-79-75) yenidən təşkil edilməsi, iş fəaliyyəti sisteminin qurulması və müasir avadanlıqlarla təchiz edilməsidir.

Onun sözlərinə görə, agentlikdə mövcud “Qaynar Xətt”in fəaliyyəti tələblərə cavab vermirdi. Onun işinin təkmilləşdirilməsinə və vətəndaş məmnuniyyətinin təmin olunması üçün göstərilən xidmətin qəbul olunmuş ümumi qaydalar əsasında daha yüksək səviyyədə həyata keçirilməsinə zərurət yaranmışdı.

Daha bir yenilik "QR kod"un yaradılması və tətbiqi ilə bağlıdır. "QR kod"un agentliyin ölkə ərazisində yerləşdirilən məlumatverici və təmir işləri icra olunan ərazilərdə yerləşdirilmiş lövhələrdə, agentliyin rəsmi blank, həmçinin rəsmi sayt və sosial şəbəkə hesablarında paylaşılan məlumatlarında, agentliyə məxsus texnikaların üzərində yerləşdirilməsi planlaşdırılır.

"QR kod" məlumatlılığın artması və əlçatanlığın daha asan olmasında böyük rol oynayacaq, həmçinin Agentlik haqqında daha ətraflı məlumatın qarşı tərəfə ötürülməsini tez və asan təmin edəcək.

Tədbirin sonunda “Çağrı mərkəzi”nin fəaliyyətinin tənzimlənməsi qaydalarını, həmçinin Agentliyin "QR kod"un yaradılmasını özündə əks etdirən video təqdimat nümayiş olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR