Azərbaycanda polis faciəvi şəkildə

Bakı-Qazax-Gürcüstan Respublikası avtomagistralının 454-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verməsi ilə bağlı Ağstafa Rayon Polis Şöbəsinin, rayon Prokurorluğunun və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 9-cu tağımının əməkdaşları hadisə yerinə gəlib.

Metbuat.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, ilkin araşdırmalar nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyevin idarə etdiyi “Hyundai” markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və sürücünün ölməsi müəyyən edilib.

A.Alıyev Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis leytenantıdır.

Hadisə ilə bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR