Tatarıstan prezidenti postunun adı dəyişdirilir.
Metbuat.az xəbər verir ki, bu barədə "Vedomosti" məlumat yayıb. Qeyd edilib ki, bundan sonra prezident yox, rəis sözündən istifadə ediləcək.
Məlumat üçün bildirək ki, Tatarıstanın hazırkı prezidenti Rüstəm Minnixanovdur. Bundan sonra o, Rəis Rüstəm Minnixanov adlandırılacaq.