Bakıda Yeni ilə belə hazırlaşıb -

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Bu barədə Metbuat.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqlar və digər bəzəklər quraşdırılıb, bayram yarmarkaları yaradılıb.

Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov və Niyazi küçəsindən əlavə bu il İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti də bayramla bağlı bəzədilib. Azneft dairəsində isə xüsusi və fərqli tərtibatla 20 metr hündürlüyündə yeni il şam ağacı kompleksi yaradılıb. Həmçinin bu işlər ictimai iaşə obyektlərini də əhatə edir.

Bundan başqa həmişə olduğu kimi paytaxtımızda insanların daha çox bayramı qeyd etdiyi məkanlar Fəvvarələr meydanında, Dənizkənarı Bulvarda, İçərişəhərdə bu il əvvəlki illərdən fərqli və geniş formada olaraq xüsusi proqram əsasında bayram hazırlıqları görülüb.

Həmçinin rayon icra hakimiyyətlərinə tövsiyə edilib ki, bayramla bağlı ərazilərində nümunəvi küçə hazırlansın.

Eyni zamanda təsdiq olunmuş dislokasiyalara uyğun olaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən əsas etibarı ilə metro stansiyalarının yaxınlığındakı yerlərdə çadırlar qurulub, şəhər sakinləri və qonaqlar üçün bayram yarmarkaları təşkil olunub.

Hazırlıq işləri çərçivəsində dekabrın 17-də Bakı şəhərinin ərazisində “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumşəhər daxili iməciliyi keçirilib. Şəhərin əksər meydan və parklarında yeni il şam ağacları quraşdırılıb və hazırlıq işləri görülüb.

Ənənəvi olaraq dekabrın 31-i saat Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək.

BŞİH: Paytaxt yeni ilə hazırdır

BŞİH: Paytaxt yeni ilə hazırdır

BŞİH: Paytaxt yeni ilə hazırdır

BŞİH: Paytaxt yeni ilə hazırdır



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR