Abramoviç İstanbula getdi -

Rusiyalı iş adamı Roman Abramoviç Türkiyə çempionatında oynayan futbol klubunu almaq istəyir.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Ukrayna müharibəsindən sonra İngiltərədə problemlərlə üzləşən Abramoviç İstanbula gəlib. O bir müddət şəhərdə qalandan sonra xoşuna gəlib. Abramoviç İstanbulda ev tikdirməyə başlayıb. O, yaxınlarına İstanbulda klub almaq istədiyini ifadə edib.

Məlumata görə, Abramoviç “Fənərbaxça” və ya “Qalatasaray”ı almaq istəyir. Milyarderin “Qalatasaray”ı almaq üçün daha çox maraqlandığı irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR