Lavrov erməni həmkarından gileyləndi -

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanın Azərbaycanla üçtərəfli məsləhətləşmələr üçün Moskvaya gəlməkdən imtina etməsindən təəssüfləndiyini deyib.

Metbuat.az xəbər verir ki, o, bu barədə Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı danışıb: "Son anda erməni həmkarlarımız Moskvaya gəlməkdən imtina etdilər və bunu bölgədəki vəziyyətlə izah etdilər. Çox təəssüf ki, bu fürsət əldən verildi", - Rusiya XİN başçısı İrəvanın davranışından gileylənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR