Qocalar evində yanğın -

Rusiyanın Kemerovo vilayətində qocalar evi yanıb.

Metbuat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğının sahəsi 180 kvadratmetr olub.

Əvvəlcə xilasedicilər altı nəfərin öldüyünü bildirsə də, bir saat ərzində bu rəqəm iki dəfədən çox artaraq 13 nəfərə, daha sonra isə 20 nəfərə çatıb. Daha altı nəfər yaralanıb.

Bundan əlavə iki nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, daha dörd nəfərə yüngül yanma məhsulları ilə zəhərlənmə diaqnozu qoyulub.

Hadisəyə səbəb kimi yaşlılar üçün nəzərdə tutulan ikimərtəbəli fərdi yaşayış binasında sobanın düzgün işləməməsi göstərilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR