Türkan qəsəbəsindəki qəzada vəfat edən Aminə və Zalina bacıları -

Xəbər verdiyimiz kimi, dekabrın 20-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində baş verən qəzada 3 nəfər ölmüş, 6 nəfər yaralanmışdı.

Qəzanın qurbanı olanlardan ikisi bacılar- 13 yaşlı Lütfəlizadə Aminə və 12 yaşlı Zalina idi.

Metbuat.az xəbər verir ki, Aminə və Zalina 262 nömrəli məktəbin 8 B və 7A sinfinin şagirdləri olub.

Məktəb rəhbərliyi də sosial şəbəkə hesablarında vəfat edən şagirdlər barədə paylaşım edib: "Baş vermiş hadisə məktəbin pedaqoji kollektivi və şagird heyətini dərindən sarsıtmşdır.
Şagirdlərimizə Allahdan rəhmət diləyir, onların vaxtsız vəfatından dərin hüznlə valideynlərinə və yaxınlarına başsağlığı veririk!", - deyə məktəbin məlumatında qeyd olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, Bakı şəhər sakinləri 34 yaşlı Həsənov Abil Sədrəddin oğlunun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Əliyev Qurban Polad oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Nəticədə, Qurban Əliyev və sərnişinləri - paytaxt sakinləri 13 yaşlı Lütfəlizadə Aminə Əhməd qızı və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib, onların anası Lütfəliyeva Nigar Elbrus qızı və İsmayılova Ülviyyə Eldar qızı isə xəsarət alıb. Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan 5 nəfər sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR