Rusiyada 19 mindən çox siyasi məhbus saxlanılır

Rusiya Ukrayna müharibəsi başlayan gündən bu günə kimi - 2022-ci il fevralın 24-dən dekabrın 20-dək müharibə əleyhinə mitinqlərdə, piketlərdə və sosial şəbəkələrdəki paylaşımlarda iştirak etdiklərinə görə 19 443 nəfər vətəndaşı saxlanılıb.

Metbuat.az xəbər verir ki, fevralın 24-dən keçən 303 gün ərzində ölkədə cəmi 18 gün etiraz olmadan, siyasi motivlərlə həbslər baş vermədən keçib.

Vəziyyəti dəyərləndirən politoloq Yeganə Hacıyeva deyir ki, bu sayda həbslər ölkədə daha öncə ikinci Çeçenstan müharibəsi dövründə olub.

"Rusiyada müharibəni sadə rus cəmiyyəti deyil , Putin və onun komandası olan, ölkənin ressurslarını ələ keçirmiş 80 faiz etnik ermənilərdən ibarət oliqarxiya şəbəkəsi aparır. Anneksiya edilmiş Krımda bu ilə qədər yerli əhalinin mülkiyyətinin ələ keçirilməsi də daxil , bütün turizm, iaşə və s. sektoru etnik ermənilərin əlində idi. Həbs edilənlərin sayının bu qədər çox olması isə rekord göstərici sayılır".

Rusiyalıların demək olar ki, üçdə ikisi (63%) hesab edir ki, ölkədə siyasi baxışlarına və ya siyasi həyatda iştirak etmək istəyinə görə məhkum olunmuş insanlar var. Bu qənaətə “Vedomosti”nin təhlil etdiyi “Levada Mərkəzi” nin keçirdiyi sorğuda gəlinib. Respondentlərin 68 faizi özünü cəmiyyətdə azad insan kimi hiss edir. Sorğuda iştirak edənlərin 32 faizi isə şəxsi azadlığın olmamasından danışır. Qeyd edək ki, Rusiyada həbs edilən siyasi motivli məhbuslar sayındakı rekord göstərici hüquq müdafiəçilərini də çox narahat edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR