"Azərbaycan səkkiz kəndin azad olunması üçün hərbi əməliyyat keçirə bilər" -

"Ermənistanla sülh danışıqlarında səkkiz kəndin boşaldılması əsas şərt olacaq".

Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq hesab edir ki, Fransa prezidenti Emanuel Makron dövlət başçısı İlham Əliyevə zəng edərək Laçın dəhlizinin açılmasını və sülh danışıqlarında vasitəçiliyi etmək üçün hazır olduğunu vurğulasa da, rəsmi Parisin vasitəçiliyində konstrukktiv mövqe tutması gözlənilmir.

"E. Makron Nikol Paşinyan kimi dəyişkən siyasətçidir. BMT səviyyəsində məhz Azərbaycan əleyhinə bəyanatın verilməsində rəsmi Parisin rolu xüsusi əhəmiyyət kəsb edib. Prezident İlham Əliyev E. Makronun nəzərinə Ermənistanın Azərbaycanın 8 kəndini işğalda saxladığını vurğuladı. Bu sıradan bir mesaj deyil. Bununla Azərbaycan Ermənistana sülh danışıqları üçün bu kəndlərin boşaldılmasını şərt kimi irəli sürdü".

M.Əsədullazadə qeyd etdi ki, Azərbaycan məhz müharibədən sonra, bu məsələnin üstündən sükutla keçsə də, Ermənistanın Azərbaycanın üçüncü sülh təkliflərinə cavab göndərməsi və yeni şərtlər irəli sürməsi prosesin kluminasiyası deməkdir.

"Ermənistan hakimiyyəti sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Ona görə də Azərbaycan rəsmən səkkiz kəndin boşaldılmasını danışıqlar predmetinə salmalı və yalnız bu halda danışıqlara qatılacağını rəsmən elan etməlidir. Əks təqdirdə isə, 8 kəndin azad olunması üçün hərbi əməliyyatlar keçirə bilər".

Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR