Deputat nazirlə bağlı paylaşım etdi:

Milli Məclisin deputatı Razi Nurullayev feysbuk hesabında xarici işlər naziri Ceyhun Bayramov barəsində paylaım edib.

Metbuat.az xəbər verir ki, deputat nazirin dünən Moskavda rusiyalı həmkarı ilə görüşdəki çıxışına münasibət bildirib:

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya XİN rəhbəri Sergey Lavrovla Moskvada keçirilən ikitərəfli görüşünün yekunlarına həsr edilən mətbuat konfransındakı çıxışını dinlədim və fəxr etdim ki, belə Xarici işlər nazirimiz var. Doğurdan da son zamanların nisbətən cavan kadrları içərisində ən uğurlularından biridir. Halal olsun, Ceyhun Bayramov", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR