Xizəkçimizin ayağı sındı

Azərbaycan xizəkçisi İlya Kostovun ayağı sınıb.

Qış İdman Növləri Federasiyasından Metbuat.az-a verilən məlumata görə, hadisə İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyi idmanının "downhill" növü üzrə yarışda baş verib.

Atlet aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vurmaq məcburiyyətində qalıb.

Kostov hadisədən bir gün öncə Pila kurortunda FIS təqvimində keçirilən yarışda xüsusi slalom növündə 7 ölkədən 105 idmançı arasında 8-ci, öz yaş qrupunda isə 3-cü yerə sahib olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR