Abşeronda bacanaqların davası qanla bitdi

Masazır qəsəbəsində qohumlar arasında dava düşüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hüseynov Əmir Bəhruz oğlunun bacanağı ilə mübahisəsi davaya çevrilib.

Dava zamanı Ə.Hüseynov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR