Ayaz konsertindəki olaydan danışdı:

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Ayaz Babayevin konsertində gənc fotoqraf hovuza düşüb.

Metbuat.az xəbər verir ki, Ayaz Babayev fotoqraf Taryel Hüseynovla videosunu yayımlayıb.

Müğənni həmçinin hadisə ilə bağlı danışıb. O qeyd edib ki, üzə bilmədiyi üçün həmin an fotoqrafa kömək edə bilməyib:

"Biz Taryellə 10 ildən çoxdur ki, dostuq, komandayıq. Bəzi insanlar məni qınadı ki, niyə suya tullanmadım. Mən beldən aşağı suya girə bilmirəm, üzməyi bacarmıram və üstünə elə bir şok yaşadım ki, 28 ilimdəki ən bərbad günüm oldu. Mühafizə orada idi və müdaxilə edirdilər, çox şükür ki, hər şey yaxşı bitdi. Hazırda belə mən o andan çıxa bilmirəm və ayaqlarım hələ də əsir. 30 saniyə içində mən o dünyanı görüb gəldim".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR