Qarabağ ermənisi İTV-yə mesaj yazdı:

Xankəndidən Qarabağ ermənisi İctimai tv-yə mesaj yazıb.

Metbuat.az xəbər verir ki, bu barədə kanalın "İTV Xəbər yekun" verilişində məlumat verilib.

Qeyd edilib ki, özünü Sarıbəy kimi təqdim edən şəxs Bakını sevdiyini, 2000-2001-ci illərdə paytaxtımıza gəldiyini yazıb. Hətta qeyd edib ki, illər öncə qohumları Neftçilər stansiyası yaxınlığında yaşayıb. Yazışma zamanı ona görüntülü danışmaq təlklif edilsə də, razılaşmayıb. O, mesajlaşma zamanı Xankəndi Laçın yolunun açılıb-açılmayacağını, Azərbaycan postunun olub-olmayacağı ilə maraqlanıb.

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR