Bakıda piyadaların vurulması ilə nəticələnən qəzalar -

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında quraşdırılmış videomüşahidə kameraları vasitəsilə piyadaların iştirakı ilə baş verən, xəsarət və ölümlə nəticələnən bir sıra yol-nəqliyyat hadisələrini qeydiyyata alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmisi Rauf Mirqulamov deyib.

Aparılan müşahidələrə əsasən, hadisələrin başlıca səbəbi piyadaların məsuliyyətsiz davranaraq yolun hərəkət hissəsini onlar üçün nəzərdə tutulmayan yerlərdən keçmək və nizamlanan piyada keçidlərində svetoforun onlar üçün qadağanedici işarəsində hərəkət etməkdir.

Belə hadisələrin baş verməməsi üçün NİİM bir daha piyadaları, eləcə də sürücüləri “Yol hərəkəti haqqında” Qanunun tələblərinə, təhlükəsizliyi təmin edən qaydalara riayət etməyə çağırır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR