Məhkəmə "Albert Rıjiy"i öldürən Mətləbə bu

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşı Mətləb Sultanovun məhkəmə prosesi keçirilib.

Metbuat.az İnterfax-a istinadən xəbər verir ki, qətl törətməkdə ittiham olunan M.Sultanov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, 1984-cü il təvəllüdlü Sultanov Mətləb Paşa oğlu Rusiya paytaxtının Şukino rayonu ərazisindəki idman zallarından birində azərbaycanlı kriminal avtoritet, "Albert Rıjiy" ləqəbi ilə tanınan "qanuni oğru" Əli Heydərovu öldürməkdə təqsirli bilinib.

M.Sultanov ilkin ifadəsində gəncəli kriminal avtoriteti öldürdüyünü etiraf edib və qətlə səbəb kimi "qanuni oğru"nun onu təhqir etməsini göstərib.

Qeyd edək ki, kriminal avtoritet Əli Heydərov 2021-ci il aprelin 12-də Moskvanın Şukino rayonunda idman zalında odlu silahdan açılan atəşlə qətlə yetirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR