Ərdoğandan BÖYÜK MÜJDƏ -

Türkiyə Qara dənizdə yeni təbii qaz yatağı tapıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra açıqlamasında belə deyib. O bildirib ki, yeni tapılan qaz ehtiyatlarının həcmi 58 milyard kub metrdir. Qaz yatağı Fateh gəmisi tərəfindən Çayçuma sahillərində dənizin 3023 metr dərinliklərində aşkar edilib.

Ərdoğan bildirib ki, Türkiyənin Qara dənizdə indiyə qədər kəşf etdiyi qaz ehtiyatları dünyanın ən etibarlı “ehtiyat qiymətləndirmə şirkəti” tərəfindən təkrar təhqiq edilib və nəticədə 652 milyard kub metr qaz ehtiyatının olduğu təsdiq edilib. Yeni kəşf edilən 58 milyard kub metr ehtiyatla Türkiyənin Qara dənizdəki qaz ehtiyatları 710 milyard kub metrə çatıb. Bu ehtiyatların hazırki bazar qiyməti 1 trilyon dollardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR