Ərdoğan böyük müjdəni verdi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı bildirib.

Türkiyənin kəşfiyyat-qazma gəmisi "Fatih" Qara dənizdə yerləşən "Çaycuma-1" yatağında dənizin 3 min metr dərinliyində 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edilib.

Ərdoğan qeyd edib ki, Türkiyənin Qara dənizdəki qaz ehtiyatları 710 milyard kubmetrə yüksəlib.

O həmçinin əlavə edib ki, ölkəsi Xəzər dənizi, Mərkəzi Asiya və Aralıq dənizi bölgələri üçün enerji mərkəzinə çevirilməkdə qərarlıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR