“Sabah” rekordçusu ilə müqaviləni yenilədi

“Sabah” klubu müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb.

Klubun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan millisinin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimdir.

Qeyd edək ki, Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub.

Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR