7 azərbaycanlı idmançıya sanksiya tətbiq edildi

“2022-ci il ərzində idmançılardan 1456 test götürülüb”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli məlumat verib.

O bildirib ki, bu testlərdən 770-i yarış müddətində, 686-sı isə yarışdankənar götürülüb: “İl ərzində 7 antidopinq qayda pozuntusu üzrə sanskiya qərarı qəbul edilib. Boksda 2, ağır atletikada 2, güləş, karate və kikboksinq idman növlərində 1 antidopinq qayda pozuntusu ilə bağlı sanksiya tətbiq edilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR