"Biz yenidən öz torpaqlarımıza qayıtmaq iddiasındayıq" -

"Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdiyi kimi biz yenidən öz torpaqlarımıza qayıtmaq iddiasındayıq. Çünki düşmən əməlindən əl çəkmir, daim ərazi bütövlüyümüzü təhdid etməyə çalışır".

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Onun sözlərinə görə, dövlət başçısı çıxışı zamanı Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olmasını bir daha sənədlərlə, sübutlarla ortaya qoydu.


"Tarix sübut edir ki, həqiqətən də vaxtilə edilən səhvlərin nəticəsində böyük bir ərazimiz 20-ci əsrin əvvəllərindən Ermənistanın ərazisinə verilib. Bu gün isə onlar həmin əraziləri viran qoyub, tariximizə aid olan bütün abidələrimizi, müqəddəs yerlərimizi, ocaqlarımızı darmadağın ediblər. 1920-ci ildə sovet hökümətinin və düşmən millətçilərinin təkidi ilə Zəngəzur Azərbaycandan ayrıldı. Bundan sonra 1948-1953-cü ildə xalqımızın həmin ərazidən deportasiyası baş verdi. 1980-cı illərdən çalışırdılar ki, Azərbaycan lidersiz olsun. Ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edərək, yenidən Qarabağ vasitəsilə öz ərazi iddialarını ortaya qoydular. Ermənistan ərazisində olan torpaqlarımızın adları dəyişilib. Bütün Azərbaycan dilində olan adları İrəvan, Göyçə mahalı, Zəngibasarda olan bütün toponimləri, xəritələri dəyişiblər. İndiki şəraitdə güclü Azərbaycan düşmən tərəfin apardığı deportasiya faktlarını ortaya qoyaraq onların etdiklərini dünyaya nümayiş etdirməlidir".

Millət vəkili bildirdi ki, bu gün artıq həm geosiyasi vəziyyət dəyişib, həm də Azərbaycan qalib ölkədir. Azərbaycanlıların artıq öz tarixi dədə-baba yurdlarına qayıtmaq arzularını ortaya qoyduqlarını xatırladan A. Nağıyev qeyd etdi ki, əsas məqamlardan biri vahid informasiya fəaliyyətini davam etdirib, bu resurslarlardan istifadə edərək, məqsədyönlü şəkildə ciddi addımlar atmaqdır.

"Müəyyən məsələləri də həll etdikdən sonra əsas məqsəd Zəngəzur dəhizinin açılışı, tarixi torpaqlarımızın bərpası və bu istiqamətdə ciddi adımların atılması olmalıdır".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR