Putin Prezidentlərə üzük bağışladı -

Xəbər verdiyimiz kimi, dekabrın 26-sı Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sammit iştirakçılarına xüsusi hazırlanmış üzük bağışlayıb. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev də var.

Məlumata görə, ağ və sarı qızıl metala bənzəyən hər üzüyün üzərində MDB-nin simvolu və “2023-cü iliniz mübarək” sözləri yer alıb. Bununla yanaşı, üzüklərdə sammitin keçirildiyi Rusiyanın da adı qeyd olunub.

Bildirilir ki, üzüyü sammit iştirakçıları arasından ilk Belarus Prezidenti Aleksandr Lukaşenko taxıb. Belarusun “Pul Pervoqo” teleqram kanalı sözügedən üzüyün fotosunu yayıb:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR