“Qalatasaray” ulduz futbolçunu transfer edir

“Qalatasaray” İtaliyanın “İnter” klubunun hücumçusu Edin Dzekoya təklif göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliyanın “Gazzetta” qəzeti məlumat yayıb. Bildirilir ki, Türkiyə klubu Dzekoya 5 milyon avro məvacib təklif edib. Məlumata görə, “İnter” güzəştə gedərsə Dzeko qış fasiləsində “Qalatasaray”a qoşula bilər.

Bildirilir ki, “Qalatasaray”da hazırda 3 hücumçu var. Lakin Qomisin 37 yaşda olması, Seferoviçin yaxşı oyun sərgiləməməsi, İkardinin zədə və şəxsi həyatı ilə bağlı problemləri “Qalatasaray”ı yeni hücumçu axtarışında sövq edib. Dzekonun Türkiyədə futbol oynamağa etiraz etmədiyi irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR