Daha bir sənədsiz obyekt söküldü -

Bakıda sənədsiz tikilən obyekt sökülüb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Nizami rayonu, Tofiq Abbasov və Azər Manafov küçələrinin kəsişməsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt sökülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR