Tanınmış aparıcının oğlunu məktəbdə döyüblər? - FOTO

"Space" TV-nin əməkdaşı Zamirə Dadaşova övladının məktəbdə fiziki təzyiqə məruz qalması ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, feysbuk hesabında paylaşım edən aparıcı qeyd edib ki, bu cür hallar məktəbdə ilk dəfə yaşanmayıb: "Bu gün tənəffüsdə sinfə dərs deməyən müəllimə tərəfindən oğlumla bir sinifdə oxuyan şagird şiddətə məruz qalıb. Belə ki, sinifdə monitorinq olub və başqa müəllim monitorinqdə iştirak edib. Tənəffüsdə uşaq qalxıb sinifdən çıxanda bu hala salınıb və belə hal birinci dəfə deyil baş verib. Belə müəllimələrdən bu uşaqlar nə öyrənəcəklər, nə savad, tərbiyə alacaqlar? Mən şəxsən övladıma görə narahatam. Sabah mənim oğlumla eyni formada davranmayacaqlarına kim qarantiya verir? Oğlan uşağını qızların gözü qarşısında bu hala salmaq nə deməkdir? Müəllimin psixoloji problemi varsa, dərs deməsin".

Məsələ ilə bağlı şagirdin oxuduğu məktəbdən bildirilib ki, dekabrın 27-də məktəbdə VII və IX siniflər üzrə monitorinq (riyaziyyat, tədris dili, ingilis dili fənləri) təşkil olunub. Monitorinq zamanı prosesə qeyri-ixtisas müəllimləri nəzarətçi qismində cəlb edilib.

Qeyd olunan sinfin şagirdləri digər siniflərdə monitorinqin bitdiyini əsas gətirərək müəllimdən prosesi sonlandırmasını istəyiblər. Müəllim sual kitabçalarını toplayıb dəhlizə çıxıb. Sonra digər sənədlərin sinifdə qaldığını xatırlayaraq geri qayıdan zaman sürətlə sinfi tərk edən şagird qapıda onunla toqquşub və sual kitabçaları məktəblinin üzünə toxunub. Müəllim şagirdin zədə almadığını müəyyən edib və evə yola salıb.

Bu gün məktəb rəhbərliyi tərəfindən şagirdlə söhbət aparılıb və valideyni məktəbə dəvət olunub.

Bir 2 nəfər, uşaq və ayaqüstə duran insanlar şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR