ABŞ-da tiktok qadağan edildi

ABŞ-da Nümayəndələr Palatasının üzvlərinə rəsmi cihazlarda tiktokdan istifadə etmək qadağan edilib.

Metbuat.az xəbər verir ki, Nümayəndələr Palatasının İcraçı Direktorunun Ofisi qadağanı Nümayəndələr Palatasının üzvlərinə və işçilərinə elektron poçtla çatdırıb. Açıqlamada qeyd edilib ki, kibertəhlükəsizlik idarəsi tiktok tətbiqini yüksək təhlükəsizlik riski hesab edib və artıq dövlətə məxsus cihazlarda quraşdırılmış proqramlar silinməlidir. Federal Təhqiqatlar Bürosundan qeyd edilib ki, tiktoka nəzarət Çin hökumətinin əlində olduğunu üçün proqram ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir.

Qeyd edək ki, tiktok platformasının nümayəndəsi Vanessa Pappas ABŞ Senatında keçirilən iclasda Çin hökumətinin tətbiqin məlumatlarına çıxışı olmadığını irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR