Laçın yolu Azərbaycanın suveren torpağıdır -

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa parlamentinin ermənipərəst deputatlarının “Le Monde” qəzetinə Laçın yolu ilə bağlı çağırışına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, səfir bununla bağlı tviter paylaşım edib.

"Əziz parlament nümayəndələri, Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşı sayılırlar. Ümumbəşəri dəyərlər, mənəvi borc olaraq Azərbaycan sizdən sülh səylərini dəstəkləməyi istəyir", - deyə səfir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR