Məşhur rus stilist Alexander Vasilyev Qara Su Dovşanı ilində daha yaxşı necə qeyd etmək barədə fikirlərini paylaşıb.
Metbuat.az xəbər verir ki, stilist qeyd edib ki, 2023-cü ilin bayram gecəsi qara klassik paltar seçib onu aksesuarla bəzəmək gecənin ulduzu olmağınıza kömək edəcəkdir.
Ekspertin fikrincə, ağın nəcib çalarları da görünüşünüzə bayram əhval-ruhiyyəsi qatacaq. Qara Su Dovşanları da mavi çalarları da sevirlər. Vasiliev bildirib ki, bu cür tonlar sarışınlar və mavi gözlü qızlar üçün uyğundur.
Stilist 2023-cü ilin əsas rəngi kimi tünd qırmızı seçib. Vasiliev hesab edir ki, bu tonlarda məxmər paltar geyinmək siz ən dəblilər sırasında göstərəcəkdir. Mütəxəssis həm qırmızı və bənövşəyi kimi parlaq çalarlardan, həm də daha sakit boz və çəhrayı rənglərdən imtina etməməyə çağırıb. Eyni zamanda bayram gecəsi seçəcəyiniz paltarlar arasında zərif əlbisələrlə yanaşı rahat sviterlər də seçiminiz ola bilər.
Aidə Fərzəliyeva / Metbuat.az