Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin eyvanında 4 m² sahədə rəf yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR