Metroda yenə problem yarandı -

Bakı Metropoliteninin Xətai-Cəfər Cabbarlı stansiyası xətti üzrə hərəkət edən qatarda texniki nasazlıq yaşanıb.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, 18 nömrəli qatar texniki səbəbdən geriyə hərəkət etməli olub:

"Sərnişinlər Xətai stansiyasında düşürülüb. Xətai dalanında olan digər qatarla sərnişinlər Cəfər Cabbarlı stansiyasına yenidən yola salınıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR