"ASAN xidmət" işçilərinin peşə bayramı günüdür

Bu gün "ASAN xidmət" işçilərinin peşə bayramıdır.

Metbuat.az xəbər verir ki, "ASAN xidmət" İşçilərinin Peşə Bayramı Günü və ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlamasının 10-cu ildönümüdür.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri yaradılıb.

"ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumdur.

"ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Həmçinin burada ölkədə vətəndəş məmnunluğunun təmin edilməsində xüsusi əhəmiyyət daşıyır. Belə ki, bir çox dövlət qurumunun müxtəlif sahələri əhatə edən xidmətləri operativ şəkildə vətəndaşlara təklif edilir.

Metbuat.az kollektivi adından dostlarımızı 10 yaşları münasibəti ilə təbrik edir, onlara uğurlar arzu edirik.

Həmçinin oxuyun: 10 ildir həyatımızı asanlaşdıran “ASAN xidmət”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR