Çavuşoğlu xəbərdarlıq etdi:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, son zamanlar Yunan mətbuatında dərc edilən “Yunanıstanın Krit ətrafında su sərhədini 12 milə qədər artıracağı” barədə xəbərlərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Çavuşoğlu bununla bağlı Türkiyənin mövqeyinin açıq olduğunu ifadə edib. “Egey dənizində heç 1 milə imkan verməyəcəyik” deyən Çavuşoğlu, məsələ ilə bağlı Türkiyə parlamentinin 1995-ci ildə qəbul etdiyi sənədin qüvvədə olduğunu ifadə edib. Çavuşoğlu Aralıq və Egey dənizindəki hadisələrə belə münasibət bildirib:

“İlin əvvəlində Yunanıstanla dialoq kanallarını işlətməyə çalışdıq. Biz fevral ayında 64-cü məşvərət görüşünü keçirdik. Lakin Miçotakisin Türkiyəyə qarşı kampaniyası, Egeydəki təxribatlar, soyqırım iddiaları və Qərbi Trakya türklərinə təzyiqlər səbəbindən dialoqu dayandırdıq. Son zamanlar Yunanıstan mətbuatında xüsusilə Krit ətrafında ərazi sularının 12 milədək artırılacağı ilə bağlı xəbərlər yayılıb. Bu məsələdə mövqeyimiz açıqdır. Yunanıstanın Egey dənizində 1 mil belə genişlənməsinə icazə verməyəcəyik. Parlamentimizin 1995-ci ildə bu məsələ ilə bağlı qəbul etdiyi qərar aydındır və hələ də qüvvədədir. Yunanıstana bir daha xəbərdarlıq edirik. Bel bağlamağa çalışdıqlarınıza inanaraq saxta qəhrəmanlıq xəyalları qurmayın. Nəticəsi sizin üçün yaxşı olmayacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR