Ukraynanın atdığı raket Belarusa düşdü

Ukraynanın “S-300” hava hücumunun atdığı raketlərdən biri Belarus ərazisinə istiqamət alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Belarusun rəsmi mənbələri məlumat yayıb. Bildirilib ki, raketin Belarus ərazisinə düşməsi ilə bağlı Prezident Aleksandr Lukaşenkoya məlumat verilib. Güman edilir ki, Rusiyanın hücumu zamanı “S-300” müdafiə sistemlərinin mərmiləri zərərsizləşdirmək üçün atdığı raket hədəfi vura bilməyib və Belarus ərazisinə düşüb. Belarusun müdafiə sistemləri raketi vurub. Bu gün Rusiyanın Ukraynaya 120-yə qədər raket atdığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl də Rusiyanın hücumu zamanı oxşar hal yaşanıb. Ukraynanın atdığı raket Polşaya düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR