Boks aləmində İNQİLAB:

Ümumdünya Boks Şurasının rəhbərliyi boks aləmində inqilab etmək istəyir.

Metbuat.az xəbər verir ki, Təşkilatın prezidenti Maurisio Süleymanın sözlərinə görə, onlar transgenderlər üçün bölmə yaratmaq istəyirlər.

Üstəlik, WBC-nin himayəsi altında debüt turniri gələn il baş tutmalıdır."Maraqlananlar üçün 2023-cü ildə qlobal yarışa başlayacağıq. Protokollar hazırlayacağıq, məsləhətləşmələrə başlayacağıq və çox güman ki, liqa və turnir yaradacağıq. Bunu etmək vaxtıdır. Biz bunu təhlükəsizlik və inklüzivlik səbəbindən edirik.

Biz qadın boksunun qaydalarında lider olmuşuq, ona görə də təqdim edəcəyimiz şeyə görə kişi və qadın döyüşü təhlükəsi heç vaxt yaranmayacaq.

Transgender boksunun mövcud ola bilməsi üçün bir sıra qaydalar və strukturlar yaradır, çünki boks oynamaq istəsələr, buna layiqdirlər. Hələ rəqəmləri bilmirik, lakin biz 2023-cü ildə universal qeydiyyatı açırıq ki, orada hansı boksçuların olduğu barədə məlumatımız olsun. Gəlin bundan başlayaq”, - Süleyman bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR