Füzulidə “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilib

Bu gün Füzuli rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə “Həmrəyliyimizin Zəfəri” adlı tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə rayonun ərazisində yaşayan şəhid ailələri, Füzuli RİH-nin və YAP Füzuli rayon təşkilatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri həmçinin, RİH yanında İctimai Şuranın üzvləri, İB və QHT rəhbərləri, ictimaiət və Partiyanın fəal üzvləri iştirak ediblər.

Tədbir torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

İlk əvvəl,Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə, Şəhid ailələrini və Şəhid övladlarını, həmçinin tədbirin bütün iştirakçılarını təbrik edib. O, öz çıxışında bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızı bir-birinə bağlayan, Azərbaycana məhəbbəti, milli mənəvi dəyərlərimizə hörməti, Vətənə bağlılıq hissləridir.

Tədbir, rəngarən musiqi nömrələri ilə müşayiət edilib, habelə şəhid övladları üçün “Şaxta Baba" , “Qar Qız”, eləcə də müxtəlif nağıl personajlarının iştirakı ilə Şou proqramı nümayiş etdirilib.

Şou proqramı başa çatdıqdan sonra, bütün şəhid övladlarına qiymətli hədiyyələr təqdim edilib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR