Mask bir ildə 200 milyard dollar itirdi

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Maskın sərvəti 2021-ci ilin sonundan bəri 200 milyard dollardan çox azalıb. Bu, bir insanın dünya tarixində indiyə qədər itirdiyi ən böyük məbləğdir.

Metbuat.az xəbər verir ki, bu barədə "Bloomberg" Agentliyi məlumat yayıb.

Belə ki, 2021-ci ilin noyabrında Maskın sərvəti təxminən 340 milyard dollar olub. Lakin təsis etdiyi elektrik avtomobil istehsalçısı "Tesla"nın səhmlərinin kəskin azalması, eyni zamanda "Twitter"i 44 milyard dollara almasından sonra hazırda Maskın aktivləri 137 milyard dollar dəyərində qiymətləndirilir. Bu, milyarderin son iki ildəki sərvətinin ən aşağı səviyyəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR