Sərxoş qadın hədiyyə tələb edərək Şaxta babaya hücum etdi -

Leninqrad vilayətinin Kirovski rayonundakı Otradnoye qəsəbəsi sakini Şaxta baba obrazında olan şəxslə münaqişəyə girərək ondan hədiyyə verməyi tələb edib.

Yerli sakinlər tərəfindən lentə alınan hadisənin videosu “VKontakte” sosial şəbəkəsində yayımlanıb.

Mənbənin sözlərinə görə, qadın sərxoş vəziyyətdə olub.

Şaxta baba qadına hədiyyələrin yalnız uşaqlar üçün olduğunu izah edəndə o, aktyora yaxınlaşaraq onu itələməyə və kobud sözlər işlətməyə başlayıb. Buna cavab olaraq Şaxta baba da qadını itələyərək onu vurub və nəticədə qadın yerə yıxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR